Ermənilər 4 istiqamətdə atəşkəsi pozub
26 İyul 2010 Bazar Ertəsi 09:45
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 25-də saat 16.00-dan 16.05-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 07.30-dan 07.50-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, 11.45-dən 11.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyulun 26-da saat 00.50-dən 01.05-dək və 04.00-dan 04.20-dək Tərtər rayonunun Seysulan və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar