Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində ahı 35 nəfər ölüb. Onlardan 8-i uşaqdır. Daha 25 nəfər isə xəsarət alıb.
Qəza ölkənin qərbindəki El-Karmen şəhəri yaxınlığında baş verib. Avtobus 150 metrlik dərəyə yuvarlanıb. Hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir. Qırmızı Xaç Təşkilatının nümayəndələri isə hesab edirlər ki, qəzanın səbəblərindən biri də pis hava şəraiti - yağış və duman da səbəb ola bilərdi.
Ekvadorda avtobus qəzası
Avtobus 150 metrlik dərəyə yuvarlanıb




Şərhlər