"Əhmədli" klinikasında qanlı olay baş verib
15 Yanvar 2010 Cümə 16:25
Naməlum şəxs 3 həkimi ağır bıçaqlayıb
Təxminən 1 saat əvvəl Xətai rayonundakı "Əhmədli" klinikasında qanlı olay baş verib.

Hadisə şahidlərinin ANS PRESS-ə verən məlumata görə, 30-35 yaşlı naməlum şəxs klinikaya daxil olaraq 3 həkimə bıçaqla ağır xəsarət yetirib. Bunlar 50 yaşlı kardioloq Alim Şıxəliyev, onun oğlu, Elnur Şıxəliyev (stomatoloq) və adı məlum olmayan 45-50 yaşlarında olan həkimdir.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisəni törədən şəxs Xətai rayon polis əməkdaşları tərəfindən tutulub.

Xətai Rayon Polis İdarəsinin rəis müavini Faiq Quliyevin ANS PRESS-ə bildirdiyinə görə, həmin şəxsin kimliyi müəyyənləşdirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar