Dost dostun qanını tökdü
14 Oktyabr 2010 Cümə Axşamı 17:10
Dost dostun qanını tökdü. Hadisə borc pul üstündə olub.
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Əmircan qəsəbəsində, 114 saylı məktəbin yanında qeydə alınıb.

Belə ki, iki məhəllə uşağının mübahisəsinin sonunda tərəflərdən biri- Qəzənfər Musabəyov küçəsi 3 ünvanında yaşayan Elvin Haciyev boyun nahiyəsindən bir bıçaq xəsarəti alıb. Yaralı dərhal 3 saylı şəhər xəstəxanasına gətirilib. Boyun nahiyəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilən Elvinə lazımı tibbi yardım göstərilib və o, müalicəsini davam etdirmək üçün palataya yerləşdirilib.

Faktı araşdırmaq üçün Suraxanı rayon Polis İdarəsinin və 31-ci polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Zərərçəkənin verdiyi ilkin ifadəsindən məlum olub ki, hadisəni törədən şəxs onun uşaqlıq dostu olan və bir məhəllədə böyüdüyü Hicran adlı şəxsdir. Belə ki, həbsxanadan azadlığa yenicə buraxılan Hicran Elvinlə görüşərək ondan çoxdandır ki, verdiyi borcu qaytarmasını istəyib. Onun bu istəyi sonradan tərəflərin arasında əlbəyaxa davaya çevrilib. Elə bu vaxt Hicran üzərində olan bıçağı uşaqlıq dostunun boyun nahiyəsinə çəkib və onu yaralı vəziyyətdə qoyaraq hadisə yerini tərk edib.

Elvin isə yaralı vəziyyətdə piyada Təcili Tibbi Yardım Stansiyasına gəlib. Orada ona ilkin yardım edildikdən sonra maşınla xəstəxanaya yerləşdirilib.

31-ci polis bölməsindən verilən məlumata görə, hazırda hadisəni törədən şəxsin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində axtarış tədbirləri həyata keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar