Hadisə

DNS-Computers soyuldu

Hadisədə şübhəli bilinən keçmiş məhkum həbs olunub

· Xəbərçi
DNS-Computers soyuldu
Sumqayıtda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazuirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 18-də S. Nəsənov Polis İdarəsinə gələrək ona məxsus "DNS-Computers" mağazasından oğurluq edilməsi barədə ərizə ilə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "DNS-Computers" mağazasından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan Rəşad Rzayev tutularaq aidiyyatı üzrə təhvil verilib. Araşdırma aparılır.

Şərhlər