Hadisə

Diqqət! Şəhərdə manyak peyda olub!

Manyak mənzillərə daxil olaraq qadınlara qarşı xoşagəlməz hərəkətlər edir.

· Xəbərçi
Diqqət! Şəhərdə manyak peyda olub!
Sumqayıt şəhəri, Abşeron və Bakının Binəqədi rayonları ərazisində "fəaliyyət" göstərən manyak peyda olub. Bu ərazilərdə yaşayan sakinlərin verdiyi məlumata görə, orta yaşlarında olan şəxs özünü işıq və qaz idarəsinin əməkdaşı kimi təqdim edərək evlərə soxulur, qadınlara qarşı əxlaqsız hərəkətlər törədir. Sakinlər sözügedən məsələ ilə bağlı polisə də müraciət ediblər. Zərərçəkmişlərin ifadələri əsasında həmin şəxsin foto robotu da hazırlanıb. Həmin şəxs idman quruluşlu, boyu 175 santimetr, təqribən 40-45 yaşındadır.

Aidiyyəti rayon polis idarələrindən verilən məlumata görə, hazırda sakinlərin müraciəti əsasında araşdırmalar aparılır.

Qeyd edək ki, son bir neçə gün ərzində Bakının Binəqədi rayonunda da anoloji hadisələr qeydə alınıb. Günorta vaxtlarında naməlum şəxs işıq pulu yığmaq adı ilə Biləcəri qəsəbə sakini Vüsalə Mikayılovanın və 29 yaşlı Sevda Məmmədovanın mənzilinə daxil olaraq onlara zor tətbiq edib, onlardan pul, qızıl-zinnət əşyalarını alaraq hadisə yerindən qaçıb. ANSPRESS

Şərhlər