Hadisə

“Dədəmin” avtoservisində bədbəxt hadisə

Üzərinə daş hasar aşan fəhlə öldü.

· Xəbərçi
“Dədəmin” avtoservisində bədbəxt hadisə
Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. Bu barədə ANS PRESS-ə Xətai Rayon Prokurorluğundan məlumat daxil olub.

Məlumata görə, iyulun 19-da Babək prospekti 15 ünvanında yerləşən “Dədəmin” avtoservisinin həyətindəki kafedə fəhlə işləyən Yardımlı rayon sakini, 45 yaşlı Tofiq Cankişi oğlu Məmmədov daş hasarın üzərinə aşması nəticəsində bədəninin müxtəlif yerlərindən ciddi xəsarət alıb. O, Kiliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Amma həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T. Məmmədov dünən orada ölüb.

Faktla bağlı rayon Prokurorluğunda AR CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər