Daşkəsəndə sürüşmə baş verib
11 May 2010 Çərşənbə Axşamı 16:00
Daşkəsəndə sürüşmə baş verib. Evləri qəzalı vəziyyətə düşən 7 ailə köçürülüb.
Leysan yağışlar Azərbaycanın Daşkəsən rayonuna da ziyan vurub. Daşkəsən Fəvqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, rayonun Yeni Daşkəsən yaşayış məntəqəsində sürüşmə baş verib. Nəticədə məktəb binası qəzalı vəziyyətə düşüb.

Belə ki, 200 şagirdlik orta məktəbin qarşısındakı yamacda torpaq sürüşməsi nəticəsində uzunluğu 60, hündürlüyü 3.5 metr olan divarda iri çatlar əmələ gəlib. Bu səbəbdən təhlükəsizliki tədbirləri məqsədi ilə bu gündən məktəbdə dərslərin keçirilməsi dayandırılıb.

Bundan başqa, leysan yağışlardan sonra rayonun Zəylik kəndində 5 evdə qəzalı vəziyyət yaranıb. Həmin mənzillərdə yaşayan ailələr sosial obyektlərə köçürülüblər. Quşçuluq kəndində də iki ailə eyni səbəbdən digər əraziyə köçürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar