Daşkəsən rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dekabrın 13-də saat 12.30 radələrində Daşkəsən rayonunun Quşçu kəndi ərazisində baş verib.
Kənd sakini Sübhan Əliyev münaqişə zəminində həmkəndlisi Əsgər Süleymanova bıçaqla xəsarət yetirib.
Xəsarətlə xəstəxanaya yerləşdiriən Ə.Süleymanov orada ölüb.
Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev tutularaq istintaqa verilib.
Daşkəsəndə qətl hadisəsi törədilib
Hadisədə şübhəli bilinən şəxs tutulub




Şərhlər