Daha bir nəfər Pirşağı çimərliyində boğulub
26 İyun 2010 Şənbə 19:25
Hazırda mərhumun şəxsiyyəti müəyyənləşdirilir.
Bu gün paytaxt çimərliklərində daha bir boğulma hadisəsi baş verib. Saat 18:00 radələrində Pirşağı çimərliyində bir nəfər boğulub. Xilasedicilər tərəfindən həmin şəxsin cəsədi sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Nəqliyyatda su polisi İdarəsindən ANS PRESS-ə vrilən məlumata görə, hazırda hadisə yerinə əməliyyat qrupu göndərilib və boğulan şəxsin şəxsiyyəti dəqiqləşdirilir.
Qeyd edək ki, bu gün axşam saatlarında Şıx çimərliyində bir nəfər, Hövsan çimərliyində isə iki nəfərin boğulması barədə məlumat daxil olub. Dünyasını dəyişən şəxslərin hamısının cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: