Çığırğan kəndi ərazisində su bəndi uçub
Kürün Sabirabad rayonunun Çığırğan kəndi ərazisindən keçən hissəsində qurulmuş bənd uçub.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bəndin uçması ilə ətraf ərazilərdə yerləşən yaşayış məntəqələri üçün təhlükə yaranıb. Hazırda ərazidə bəndin möhkəmlətmək üçün işlər aparılır, bölgəyə texnika və canlı qüvvə cəlb olunub. APA




Şərhlər