Hadisə

Ceyranbatan qəsəbəsində ev yanır

Ceyranbatan qəsəbəsində ev yanır. Xəsarət alanın olub-olmadığı bilinmir.

· Xəbərçi
Ceyranbatan qəsəbəsində ev yanır
Bu gün Abşeron rayonunun Ceyranbatan qəsəbəbində evdə yanğın baş verib. Bu barədə ANS PRESS-ə Dövlət Yanğından Mühafizə Xidmətindən daxil olan məlumata görə, yanğın saat 13.30 radələrində baş verib və əraziyə 1-ci dərəcəli çağırış edilib.

Yanğın 147 saylı peşə məktəbinin yanındakı mənzillərdən birində baş verib. Xəsarət alanın olub-olmadığı hələlik bilinmir. Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi və başqa tikililərə keçməsinin qarşısını almaq üçün tədbirlər görür.

Hadisənin baş vermə səbəbi məlum deyil. ANSPRESS

Şərhlər