Hadisə

Cəlilabadda “VAZ-21120” markalı avtomobil aşıb

Cəlilabadda “VAZ-21120” markalı avtomobil aşıb. Maşındakı sərnişin hadisə yerində ölüb.

· Xəbərçi
Cəlilabadda “VAZ-21120” markalı avtomobil aşıb
Cəlilibadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ələt-Astara yolunun 145-ci kilometrliyində, Muğan kənd sakini, 24 yaşlı Elvin Murtuzov “VAZ-21120” markalı avtomaşını idarə edərkən, onu aşırıb.
Nəticədə, maşındakı sərnişin Muğan kənd sakini, 52 yaşlı Möhsüm Murtuzov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər