Azərbaycanın Cəlilabad şəhərində mənzildə partlayış olub. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində yer alan xəbərə görə, partlayış ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kvadratmetr olan 3 otaqlı mənzildə baş verib. Yanğın hadisəsi olmayıb.
Partlayış nəticəsində həmin mənzilə əlavə tikilmiş aynabəndin döşəməsi 2 kvadratmetr sahədə dağılıb, pəncərələr isə çərçivədən çıxıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Cəlilabadda evdə partlayış olub
Xəsarət alan olmayıb




Şərhlər