Fevralın 26-da saat 11:03-də FHN-in “112” xidmətinə zəng edən naməlum şəxs “burada bomba var, mən erməniyəm” deyərək telefonu söndürüb.
Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, məlumat DİN-in növbətçi hissələrinin idarəetmə xidmətinə ötürülüb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb.
DİN Baş Cinayət Axtarış İdarəsi və Gəncə Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Yeni Gəncə qəsəbəsində yaşayan azyaşlı şəxs olması müəyyən edilib. O, polisə yalan məlumat verdiyini etiraf edib. Faktla bağlı araşdırmalar aparılır. ANSPRESS
Burada bomba var, mən erməniyəm
Yalan xəbər verən şəxsin kimliyi müəyyən edilib




Şərhlər