Hadisə

Bulvardan meyit tapıldı

Bulvardan meyit tapıldı. Hazırda onun kimliyi müəyyənləşdirilir.

· Xəbərçi
Bulvardan meyit tapıldı
Bu gün səhər saatlarında Bakıda Dənizkənarı Milli Parkdan meyit tapılıb. Bu barədə ANS PRESS-ə Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, meyit Dənizkənarı Parkın ərazi sularından tapılıb. 40-45 yaşlarında olan kişinin şəxsiyyəti və hadisənin baş vermə səbəbi araşdırılır.

Səbail Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, həmin şəxsin dünən özünü dənizə ataraq intihar etdiyi ehtimal olunur.

Əraziyə Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin və prokurorluğun əməkdaşları gedərək ilkin araşdırmalara başlayıblar. Meyit tibbi ekspertizaya göndərilib. ANSPRESS

Şərhlər