Leysan yağışlar nəticəsində Braziliyada baş verən sel və torpaq sürüşmələri zamanı 35 nəfər həlak olub. 30 min insan isə evsiz qalıb. Təbii fəlakətdən daha çox Braziliyanın şərqində yerləşən Minas-Jerays ştatı ziyan çəkib. Bu ştatda çay daşması və torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb. Juniai ştatında ikisi uşaq olmaqla, 4 nəfər torpaq sürüşməsi nəticəsində dağılan evin altında qalıb.
Ümumiyyətlə, 2010-cu ildə Braziliyada təbii fəlakətlər nəticəsində 556 nəfər həyatını itirib, ölkə iqtisadiyyatına 1 milyard dollar ziyan dəyib.
Braziliyada torpaq sürüşməsi
Təbii fəlakətdən daha ölkənin şərqində yerləşən Minas-Jerays ştatı ziyan çəkib




Şərhlər