Hadisə

Binəqədidə mənzildən meyit tapılıb

Binəqədidə mənzildən meyit tapılıb. Meyit tibbi ekspertizaya göndərilib.

· Xəbərçi
Binəqədidə mənzildən meyit tapılıb
Bakıda mənzildən meyit tabılıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının məlumatına görə, Nazirliyə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki eyvandan enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olaraq giriş qapısını açıblar.

Mənzilə baxış keçirilərkən 47 yaşlı Aydın Qüdrət oğlu Əfəndiyev çarpayıda hərəkətsiz vəziyyətdə aşkarlanıb. İlkin tibbi müayinə zamanı A.Əfəndiyevin vəfat etdiyi müəyyən olunub.

Onun meyiti daxili müayinə üçün tibbi ekspertizaya göndərilib. ANSPRESS

Şərhlər