Hadisə

Binədə "Hyundai" piyadanı vurub

Zərərçəkmiş xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

· Xəbərçi
Binədə "Hyundai" piyadanı vurub
Baklıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Hadisə mayın 19-u saat 08:15 radələrində Binə qəsəbəsi ərazisində qeydə alınıb. Rəşad Cəlilov idarə etdiyi “Hyundai” markalı avtomobillə qəsəbə sakini Şəmdin Əliyevi vurub. Zərərçəkmiş xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır. ANSPRESS

Şərhlər