Bakının Qaradağ rayonunda yeləşən “Binə” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat veriblər.
Məlumata görə, yanğın saat 10.00 radələrində ticarət mərkəzinin ticarət obyektləri olmayan 12-ci sırasında baş verib. Hadisə yerinə 2 yanğınsöndürən maşın gəlib.
Fövqəladə Hallar Nazirliyindən ANS PRESSS-ə verilən məlumata görə, hazırda yanğın tam nəzarətə alınıb və alovun digər sıralara keçməsinin qarşısı alınıb.
Hadisənin nə səbəbdən baş verməsi məlum deyil. ANSPRESS
Binə Ticarət Mərkəzi yanır
Binə Ticarət Mərkəzi yanır. Hadisə yerinə iki yanğınsöndürən maşın göndərilib.




Şərhlər