Beyləqanda saxta polislər ifşa olunub
27 Dekabr 2010 Bazar Ertəsi 15:00
Onlar Beyləqan Rayonu Polis Şöbəsi Post Patrul Xidmətinin əməkdaşlarını aldatmaq istəyiblər
Beyləqan rayonunda özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər ifşa olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə dekabrın 26-da saat 00.30 radələrində Beyləqan şəhərinin Magistral küçəsində baş verib. 3 nəfər şəxs həmin ərazidə xidmətdə olan Beyləqan Rayonu Polis Şöbəsi Post Patrul Xidmətinin əməkdaşlarına yaxınlaşaraq özlərini Bakı şəhəri Baş Polis İdarəsinin əməliyyat müvəkkilləri kimi təqdim ediblər. "Polislər" daha sonra M.Müşfiq küçəsində yaşayan Ayət İsmayılovu Bakı Baş Polis İdarəsin aparmalı olduqlarını və həmin şəxsin ev ünvanına onlarla birlikdə getmələrini xahiş ediblər.

Həmin şəxslər PPX əməkdaşlarında şübhə doğurduğundan rayon polis şöbəsinə dəvət olunublar. İlkin araşdırma zamanı onların Bərdə rayon sakinləri Vüsal Hüseynov, Elturan Abuşov və Bakı şəhər sakini Ayaz Əliyev olmaları, habelə polis əməkdaşları olmamaları müəyyən edilib.

Saxta polislərin bu addımı nə səbəbdən atdıqları araşdırılır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar