Hadisə

Bəy toyunda atasını öldürdü

Havaya atəş açan bəy 3 nəfəri öldürüb, 8 nəfəri yaralayıb.

· Xəbərçi
Bəy toyunda atasını öldürdü
Türkiyənin Qaziantep bölgəsində bəyin öz toyunda şənlənmək istəyi faciə ilə nəticələnib. Kalaşnikov silahı ilə havaya atəş açmaq istəyən bəy 3 nəfərin ölümünə, 8 nəfərin isə yaralanmasına səbəb olub.

Gəlin maşını ilə toyun keçiriləcəyi yerə gələn bəyə, qohumları tərəfindən havaya atəş açmaq üçün avtomat verilib. Bu zaman tək-tək atəş əvəzinə silahı avtomatik rejimə tənzimləyən bəy, onu idarə edə bilməyib və mərasimə yığışan qohum-əqrabanı gülləbaran edib.

Dördü ağır olmaqla xəstəxanaya çatdılrılan 11 nəfərdən üçünün həyatını xilas etmək mümkün olmayıb. Yaralananlar arasında olan bəyin atası, iki xalası da dünyasını dəyişib. Hadisədən sonra silahı müsadirə edən hüquqmühafizə orqanları bəyi də həbs ediblər. ANSPRESS

Şərhlər