Hadisə

Bəsrədə avtomobil partladılıb

Bəsrədə avtomobil partladılıb. Hadisə nəticəsində 12 nəfər ölüb.

· Xəbərçi
Bəsrədə avtomobil partladılıb
Bu gün İraqın ikinci böyük şəhəri olan Bəsrədə içərisinə bomba quraşdırılmış avtomobil partladılıb. Nəticədə ən azı 12 adam ölüb, 30 nəfər yaralanıb. Bu barədə İraq ordusundakı mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, partlayış şəhərin cənub-qərbində, restoran, kafe və mağazaların sıx olduğu ərazidə baş verib.

Qeyd edək ki, Bəsrə İraqın ən çox neft çıxarılan ərazilərindəndir. ANSPRESS

Şərhlər