Hadisə

Bərdədə bədbəxt hadisə baş verib

Laçın sakini atdan yıxılaraq ölüb.

· Xəbərçi
Bərdədə bədbəxt hadisə baş verib
Bərdə rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 6-da Bərdə rayonunun Piyadalar kəndi ərazisində Laçın rayon sakini Elsevər Alıyev ehtiyatsızlığı nəticəsində atdan yıxılıb. O, aldığı xəsarətlərlə xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb. Hadisəylə bağlı araşdırmalar aparılır. ANSPRESS

Şərhlər