Azərbaycanın Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dekabrın 2-də saat 22.20 radələrində Bərdə rayonunun Qaradağlı kəndi ərazisində baş verib. Sürücüsü və dövlət qeydiyyat nişanları müəyyən edilməmiş "VAZ-2106" markalı avtomaşınla kənd sakini İsgəndər Rüstəmov vurulub.
Nəticədə xəsarət almış İ.Rüstəmov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Bərdə rayon polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bərdədə agır yol qəzası
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb




Şərhlər