Bərdədə bədbəxt hadisə baş verib. Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, mayın 20-də Bərdə rayonunun Bala Göyüşlü kənd sakini Faiq Abdullayev otbiçən traktorun mişar hissəsinə düşərək ölüb.
Faktla bağlı araşdırmalar aparılır. ANSPRESS
Bərdə sakini otbiçən traktorun mişarına düşüb
Hadisə nəticəsində Faiq Abdullayev dünyasını dəyişib.




Şərhlər