Hadisə

Bayıl qəsəbəsində yaşayış evi yanıb

Yanğının qarşısını almaq mümkün olsa da ev sahibi yanıq xəsarətləri yalıb

· Xəbərçi
Bayıl qəsəbəsində yaşayış evi yanıb
Ötən gecə paytaxtdakı yaşayış evlərindən birində yanğın qeydə alınıb. Bədbəxt hadisə Səbayel rayonu Bayıl qəsəbəsi Əlibəyov Qardaşları ev 48 mənzil 6-da baş verib. Qonşuların sözlərinə görə qəfildən başlayan yanğın qısa müddətdə mənzili əhatə edib.

Ərazidə olan Fövqəladə Hallar Nazirliyi (FHN) dövlət yanğından mühavizə xidməti əməkdaşlarının verdiyi məlumata görə alov təqribən mənzildə 30-40 kv metrlik sahəni əhatə edib. Mənzilin tamamilə kül olmasının qarşısı alınıb. Hadisə nəticəsində Svetlana adlı ev sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin ehtimallara görə yanğına elektrik naqillərindəki qısaqapana səbəb olub. Hadisənin səbəbləri aparılan araşdırmaların yekun rəyindən sonra bəlli olacaq.

Şərhlər