Balaxanıda bıçaqlanma hadisəsi baş verib
19 Noyabr 2010 Cümə 05:00
İş yoldaşı ilə mübahisə edən şəxs məsələyə müdaxilə edən 3-cü şəxs tərəfindən bıçaqlanıb
Ötən gecə paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 50 yaşlı Oqtay Həsənov işlədiyi Dövlət Neft Şirkətinin “Balaxanıneft” texnoloji nəqliyyat idarəsində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı hadisədən sonra əraziyə çağrılmış təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Zərərçəkənin sözlərinə görə hadisə baş verən vaxt o, öz iş yoldaşı ilə mübahisə edirmiş. Oqtay Həsənovun mübahisə etdiyi şəxs onu cəzalandırmaq üçün başqa birisinin köməyindən istifadə etmək qərarına gəlib. Zərərçəkən də məhz məsələyə qarışan 3-cü şəxs tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.
Sabunçu rayon polis idarəsi 15-ci polis bölməsindən ANS-ə verilən məlumata görə, Oktay Həsənova bıçaq xəsarətləri yetirən1976-ci il təvəllüdlü Həşimov Rövşən Bahadur oğlu artıq şübhəli şəxs qismində saxlanılarq istintaqa təhvil verilib.
Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: