Hadisə

Bakının mərkəzində sərnişin avtobusu yandı

Bakının mərkəzində sərnişin avtobusu yandı. Hadisə zamanı xəsarət alan olmayıb.

· Xəbərçi
Bakının mərkəzində sərnişin avtobusu yandı
Bakının mərkəzində sərnişin avtobusu yanıb. Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 208 saylı sərnişin avtobusu qəfildən alışıb. Hadisə Yasamal rayonunda, Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısındakı dairədə baş verib.

Yanğın ilk olaraq avtobusun mühərrik hissəsində başlayıb, daha sonra salona keçməyə başlayıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın gələrək yanğını söndürüb.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. ANSPRESS

Şərhlər