Bakıda yol qəzası
08 Dekabr 2010 Çərşənbə 16:25
Hadisə məktəbin qarşısındakı yolda baş verib
Bakının Səbail rayonunda yol qəzası baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün günorta saatlarında Parlament prospektində yerləşən 20 nömrəli orta məktəbin qarşısında naməlum avtomobil yolu keçmək istəyən şagirdi vurub.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə bildiriblər ki, 20 nömrəli məktəbin şagirdi, Bakı şəhər sakini 12 yaşlı Vədəd Abdullayev yolu keçmək istəyərkən naməlum maşının zərbəsinə tuş gəlib. O, ətrafdakı insanlar tərəfindən əvvəlcə məktəbə aparılıb, daha sonra isə Təcili Tibbi Yardım Stansiyasının maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Orta məktəb şagirdinin yüngül xəsarət aldığı və hazırda vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, hazırda ərazidə piyadalar üçün yeraltı keçid tikilir.
DOSTLARINLA PAYLAŞ: