Bu gün Bakı şəhəri Yasamal rayonu Ümid Əkbərov küçəsi 107 A ünvanında yerləşən evdən radiokativ mənbə hesab edilən 1 ədəd qaynaq defektoskop aşkar edilib. ANS TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, radioaktiv mənbə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tapılıb. Verilən məlumata görə, aparat metal boruların qaynağında keyfiyyətin yoxlanılması üçün istifadə olunur. Onun tərkibində aktivliyini itmirmiş radiokativ maddə, evdə isə cüzi miqdarda radiasiyanın olduğu müəyyən edilib. Ev sahibi Polad Abbasov mexanik işləyibmiş və tərkibində radiokativ maddə olan aparatı 1991-ci ildən evində saxlayıb.
Hadisə yerinə DİN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Aparat araşdırmaların aparılması üçün FHN-nin “İzotop” xüsusi kombinatının əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı istintaq araşdırmaları aparılır. /ANS PRESS/