Hadisə

Bakıda yanacaqdoldurma məntəqəsi yandı

Hadisə nəticəsində xəsarət alan olmayıb.

· Xəbərçi
Bakıda yanacaqdoldurma məntəqəsi yandı
Bu gün saat 12:00 radələrində Bakı şəhər, Sabunçu rayonu, Zabrat 2-də yerləşən yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğının baş verməsi barədə məlumat xidmətə 12:17-də daxil olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə xəsarət alanlar barədə məlumatın olmadığı bildirilib.

Hazırda təhlükənin qarşısı tam alınıb və xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər