Bakıda yalançı polis saxlanılıb
30 İyul 2010 Cümə 10:30
"Polis" əməkdaşı istirahət parkında yeniyetmənin telefonunu oğurlayıb.
Paytaxt Bakıda yalançı polis peyda olub. “Polis” Nəsimi rayonundakı istirahət parklarından birində dincələn yeniyetmənin telefonunu oğurlayıb. Belə ki, 23 yaşlı Lənkəran şəhər sakini Ruslan Mütəllim oğlu Əliyev özünü polis əməkdaşı kimi təqdim edərək 15 yaşlı Mehman Tərlan oğlu Kərimova yaxınlaşıb və onun mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Mehman Kərimovun bu barədə polisi məlumatlandırmasından sonra isə 22-ci polis bölməsinin və Lənkəran şəhər rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Əliyev saxlanılaraq məsuliyyətə cəlb olunub.

Saxlanılan şəxs isə özünü polis kimi təqdim etdiyini təsdiqləyib. Onun sözlərinə görə, yeniyetmə ondan “Bizə qız tapa bilərsən?” deyə soruşub. “Dedim, bir bax gör kimə deyirsən. Məni tanıyırsan, bəlkə mən polisəm? Onda gördüm telefonu qoyub qaçdı”.

Qeyd edək ki, Ruslan Əliyev həmin mobil telefonu Bülbül prospektində yerləşən dükanlardan birinə 55 manata satıb. Faktla bağlı “polis” işçisinə qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar