Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin sahə müvəkkili məlumat verib.
Məlumata görə, 7-ci Binəqədi küçəsi, ev 7 ünvanında 53 yaşlı Kərim İbrahim oğlu Qəmbərova məxsus 3 mərtəbəli evin 2-ci mərtəbəsində yerləşən saunada başlayan yanğın tez bir zamanda bir və üçüncü mərtəbəyə də keçib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları gələrək yanğını söndürməyə başlayıblar. Səhər saatlarında başlayan yanğın saat 10 radələrində 8-ə yaxın yanğınsöndürən maşın tərəfindən söndürülüb.
Yanğın zamanı evdə adam olsa da xəsarət alan olmayıb. Evin içindəki əşyaların əksəriyyəti isə yanıb.
Hazırda ilkin araşdırmalar aparılır.
Bakıda üçmərtəbəli villa yandı
Hadisə Binəqədi rayonunda baş verib




Şərhlər