Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Qaraçuxur qəsəbəsində yerləşən şadlıq sarayında baş verib.
Oktyabrın 3-də Nizami rayon 21 yaşlı Ayxan Füzüuli oğlu Məmmədov və Nizami rayon sakini 31 yaşlı Pərviz Telman oğlu Qasımov toy mərasimində birlikdə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində A. Məmmədov P. Qasımova bud nahiyəsindən bıçaq xəsarəti yetirib. P. Qasımov aldığı xəsarətlərdən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində P.Qasımova sərxoş vəziyyətdə xəsarət yetirən Ayxan Məmmədov Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşları tərəfindən tutularaq istintaqa verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. ANSPRESS
Bakıda toyda qan töküldü
Bakıda toyda qan töküldü. Faktla bağlı araşdırma aparılır.




Şərhlər