Bakıda sex yanıb
08 Noyabr 2010 Bazar Ertəsi 10:20
Alov sexin mətbəx bölməsini və dam örtüyünü əhatə edib.
Bu gecə Bakının Biləcəri qəsəbəsindəki sexlərdən birində yanğın baş verib. Gecə saat 01:00 radələrində plastik su çənlərinin istesalı ilə məşğul olan “Şimşək” firmasının binasının dam hissəsi alovlanmağa başlayıb. Fövqaladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon bölməsinin əməkdaşları alovun obyektin digər hissələrə keçməsinin qarşısını qısa zamanda ala bilib.
Yanğın nəticəsində xəsarət alan olmasa da adıçəkilən firmanın sahibi Turan Gənc alovun əsasən sexin mətbəx bölməsinin və dam örtüyünün müəyyən hissəsini əhatə etdiyini bildirib. Yanğın təqribən 40-50 kv metrlik sahəni əhatə edib.
Yanğınsöndürənlər hadisənin qısaqapanmadan baş vermə ehtimalının olduğunu bildiriblər. Lakin hadisənin dəqiq səbəbi Binəqədi rayon yanğından mühafizə bölməsində aparılan araşdırmalardan sonra bilinəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: