Hadisə

Bakıda sərxoş piyadanı maşın vurdu

50 yaşlı Paşa İsmayılovun vəziyyəti ağırdır.

· Xəbərçi
Bakıda sərxoş piyadanı maşın vurdu
Bu gecə Bakının Nizami rayonu ərazisində “Jiquli” markalı avtomobil yolu keçmək istəyən piyadanı, 50 yaşlı Paşa İsmayılovu vurub. Ağır yol-nəqliyyat hadisəsi rayonun Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. Avtomobilin zərbəsindən müxtəlif dərəcəli ağır xəsarətlər alan piyada hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlər yaralını müayinə edən zaman onda müxtəlif dərəcəlı ağır travmalar və eləcə də çənə sınığı aşkar ediblər. Həkimlər onun eyni zamanda sərxoş olmasını da müəyyən ediblər.

Yol qəzasının baş verdiyi əraziyə Nizami rayon Polis İdarəsi və yol patrul xidmətinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. ANSPRESS

Şərhlər