Hadisə

Bakıda şadlıq evində oğurluq

Naməlum şəxslər yarım milyon pul aparıb.

· Xəbərçi
Bakıda şadlıq evində oğurluq
Bakıda şadlıq evi qarət olunub. Yasamal Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə aprelin 14-nə keçən gecə baş verib.
İstintaqa məlum olmayan naməlum şəxslər “Karvan” şadlıq evinin pəncərəsini sındırmaq yolu ilə içəri girərək oradakı seyfdən 306 min manat və 180 min ABŞ dolları aparıblar.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər