Hadisə

Bakıda “Range Rover”dən 140 min manat oğurlanıb

Fakta bağlı saxlanılanlardan avtomat və digər silahlar aşkar olunub.

· Xəbərçi
Bakıda “Range Rover”dən 140 min manat oğurlanıb
Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb. Bu barədə ANS PRESS-ə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, aprelin 7-də Bakı şəhər sakini Qüdrət Şükürov Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus olan “Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb.

Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda təqsirli bilinənlər Muxtar Məmmədov, əvvəllər məhkum olunmuşlar Elmir Sadıqov, Anar Quliyev və Rövşən Rüstəmov tutulub.

Aparılan araşdırmalar nəticəsində E.Sadıqovdan “AKM” və “AKSU” markalı avtomatlar, səsboğucusu ilə birlikdə “Bereta” markalı tapança, 3 ədəd sandıqçası ilə birlikdə 77 ədəd patron, 1 ədəd tapança patronu, 51600 ABŞ dolları və 20600 manat aşkar olunub. A.Quliyevdən 0,216 qram, R.Rüstəmovdan isə 0,212 narkotik vasitə olan heroin də aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər