Hadisə

Bakıda quldurluq edən dəstə ifşa olunub

Onlar sürücüyə qarşı quldurluq ediblər.

· Xəbərçi
Bakıda quldurluq edən dəstə ifşa olunub
Bakıda quldurluq edən dəstə ifşa olunub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda təqsirli bilinən Ramin Mirzəyev, Rasim Mirzəyev və Vüqar Qurbanov mayın 25-də tutularaq istintaqa veriliblər.

Məlumata görə, onlar mayın 12-də saat 21:30 radələrində Ramana qəsəbəsi, H. Zərdabi küçəsində “VAZ-21015” markalı maşından düşərək qəsəbə sakini Amid Musayevə bıçaqla hədə-qorxu gələrək 80 manatını və mobil telefonunu alaraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər