Bakıda qızıl oğrusu tutulub
18 May 2010 Çərşənbə Axşamı 12:40
Hadisə Nizami rayonunda baş verib. Bakıda qızıl oğrusu tutulub.
Bakıda qızıl oğrusu saxlanılıb. Bu barədə ANS PRESS-ə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, mayın 17-i saat 14:30 radələrində əvvəllər məhkum olunmuş Azər Fərziyev Novruz İbrahimova məxsus Q. Qarayev prospektində yerləşən qızıl mağazasından 2 ədəd qızıl qolbaq götürərək hadisə yerindən qaçıb.

Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində A. Fərziyev tutulub.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar