Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, Bülbülə qəsəbə sakini 65 yaşlı Tofiq Rəhimov naməlum şəxs tərəfindən qətlə yetirilib. Mərhumun dekabrın 28-də saat 21:30 radələrində Əmircan qəsəbəsində üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, bu, rayon ərazisində son həftə ərzində törədilən ikinci qətl hadisəsidir.
Bakıda qətl hadisəsi olub
Hadisəni törədən şəxslər axtarılır




Şərhlər