Hadisə

Bakıda qətl hadisəsi baş verib

Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

· Xəbərçi
Bakıda qətl hadisəsi baş verib
Bu gecə Bakının Mərdəkan qəsəbəsində qətl hadisəsi qeydə alınıb. Əzizbəyov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Mədrəkan qəsəbə sakini 38 yaşlı Yaşar Hüseynov həmyerlisi 21 yaşlı Əbilov Elşən Məhəmməd oğlu tərəfindən bıçaqlanıb.

Məlumata görə, yaralı şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. ƏRPİ-nin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Ə. Elşən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Hadisənin nə səbəbdən baş verməsi açıqlanmır.

Faktla bağlı müvafiq maddələrlə cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər