Hadisə

Bakıda qadın güllələnib

Hadisə ötən gecə Yasamal rayonunda baş verib.

· Xəbərçi
Bakıda qadın güllələnib
Bakıda silahlı insident baş verib. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon sakini Hacıqulu Səlimov aralarında baş vermiş münaqişə zəminində qonşusu Xalidə Mustafayevaya tapançadan atəş açıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən isə bildirilib ki, DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən H. Səlimov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir. ANSPRESS

Şərhlər