Hadisə

Bakıda “Q-7” qəza törətdi

Q-7 sürücüsü hadisə yerindən yayınıb.

· Xəbərçi
Bakıda “Q-7” qəza törətdi
Bu gecə Bakının Nərimanov rayonunda iki maşının toqquşması ilə nəticələnən yol-qəzası baş verib. Atatürk prospektində Nicat Nəbiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşın “AUDİ” markalı maşınla toqquşub. Qəzadan sonra “Q-7”nin sürücüsü avtomaşını ilə hadisə yerindən yayınıb.

“Jiquli”nin sürücüsü Nicat Nəbiyev qəza yerinə gələn polis əməkdaşlarına avtoqəzanın məhz digər nəqliyyat vasitəsi sahibinin günahı ucbatından meydana gəldiyini bildirib: “Mən maşını işıqforda saxlamışdım, yaşıl işıq yandı. Elə yerimdən tərpənirdim ki, bir də gördüm “Q-7” sürətlə gəlir. Elə gəldiyi kimi də vurub getdi. Ağ rəngdə maşın idi. Nömrəsi 90 AX 008-idi”. ANSPRESS

Şərhlər