Bakıda orta məktəbdə qətl
10 Avqust 2010 Çərşənbə Axşamı 14:25
"Dima" ləqəbli şəxs tanışını bıçaqla qətlə yetirib.
Bakıda orta məktəbdə qətl hadisəsi baş verib. Baş Prokurorluqdan verilən məlumata görə, avqustun 10-da saat 04:30 radələrində 25 yaşlı Neftçala rayonunda anadan olan Həzrətəli Mirdamət oğlu Ağalarovun bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olmaqla orada ölməsi barədə rayon Polis İdarəsindən rayon prokurorluğuna məlumat daxil olub.
Parokurorluq əməkdaşlarının ilkin araşdırmaları zamanı müəyyən edilib ki, həmin gün saat 03:30 radələrində Nizami rayonunda yerləşən 272 saylı orta məktəbin həyətində Həzrətəli Ağalarovla “Dima” adlı tanışı arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib və bu zaman sonuncu üstündə olan bıçaqla onun qarın və bud nahiyələrinə bıçaqla iki zərbə vuraraq xəsarət yetirib, sonuncu aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən “Dima” ləqəbli, 20 yaşlı Kənan Əli oğlu Quliyev tutulub, o, dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: