Bakıda oğurluq hadisəsi
    08 Dekabr 2010 Çərşənbə 12:40
    Hadisə “Binə” Ticarət Mərkəzində baş verib
    
                	 
    
         Bakıda oğurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, dekabrın 6-sı saat 10 radələrində “Binə” Ticərət Mərkəzində Rusiya Federasiyasının vətəndaşı Xedi Cipiyevanın çantasından 900 ABŞ dolları, 270 rubl və 60 manat oğurlanıb. 
 
 Qaradağ rayon Polis İdarəsi əməkdaşları həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Sevda Nuriyevanı ayın 7-də saxlayaraq ərazi üzrə 10-cu polis bölməsinə təhvil verilib. 
 
 Araşdırma aparılır. 
DOSTLARINLA PAYLAŞ: