Bakıda neft mədənində yanğın başlayıb
Zabrat qəsəbəsində yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür
Bakıda neft mədənində yanğın başlayıb. Yanğın dünən saat 22.00 radlərində, Dövlət Neft Şirkətinin Zabrat qəsəbəsi ərazisində yerləşən neft buruğunda meydana gəlib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.




Şərhlər