Bakıda müflisləşən zərgər özünü öldürdü
14 İyul 2010 Çərşənbə 11:15
Onun meyiti asılmış vəziyyətdə hamamdan tapılıb.
Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluundan Milli.Az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsində, N. İsmayılov küçəsi 90 a ünvanında yaşayan 45 yaşlı Aydın Mehdiyev özünü yaşadığı evdə asıb. Mərhumun meyiti bu gün səhər saatlarında hamam otağında asılmış halda ailə üzvləri tərəfindən aşkarlanıb.

Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum olmasa da, ailə üzvləri onun kasıbçılıqdan bezdiyini deyiblər. Hadisədən dəhşətə gələn ailə üzvlərinin sözlərinə görə, əvvəllər zərgərlik edən A.Mehdiyevin, sonradan işləri müəyyən səbəblərdən pozulub və pul üzünə həsrət qalıb.

Onu da qeyd edək ki, mərhum 3 uşaq atası olub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma gedir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar