Bakıda müəmmalı şəkildə fəhlə ölüb
15 Oktyabr 2010 Cümə 17:00
Hadisə Xəzər rayonu ərazisində baş verib.
Paytaxtda ölüm hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Kəlbəcər rayonundan olan məcburi köçkün 27 yaşlı Nicat Məmmədov Buzovna qəsəbəsində işləyərkən müəmmalı şəkildə dünyasını dəyişib.
Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, o, gündəlik maaş əsasında müxtəlif tikintilərdə fəhlə işləyib. Hadisə baş verə zaman isə N.Məmmədov qəsəbədə işıq idarəsinin sifarişi əsasında elektirik çəkilişi aparırmış.
Meyitin xarici müayinəsi zamanı müxtlif zədələr aşkar edilib. Ehtimal olunur ki, o, yıxılaraq ölüb.
Meyit daxili müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: